Xəzər Xəbər

600 və daha yüksək bal toplayan gənclərin nəzərinə

Cəmiyyət | 15:18 • 27 Avqust 2019
600 və daha yüksək bal toplayan gənclərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bu il də ənənə davam etdiriləcək.


DİM-dən xezerxeber.az-a bildirilib ki, informasiyanın ictimaiyyət üçün daha əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr ediləcək. Buna görə də yüksək bal toplayan gənclər 2019-cu il avqustun 27-dən etibarən "Şəxsi kabineti”nin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğunu doldurmalıdırlar. Anket-sorğu yalnız bir dəfə və bütün bəndləri doldurulmalıdır. Saytda yalnız anket-sorğunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına "bəli” cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti