Xəzər Xəbər

Azərbaycanda müştərək sığorta fondu yaradılıb

Cəmiyyət | 19:10 • 19 Avqust 2019
Azərbaycanda müştərək sığorta fondu yaradılıb

Azərbaycanda müştərək sığorta fondu yaradılıb.


Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev "Sığorta fəaliyyəti haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.


Belə ki, Qanuna 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilib:


Müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;


Müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;


Müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.


Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti