Xəzər Xəbər

Kolleclərə ixtisas seçimi davam edir

Cəmiyyət | 10:27 • 16 Avqust 2019
Kolleclərə ixtisas seçimi davam edir

Tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.


Xezerxeber.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün saat 10:15-dək kolleclərə qəbul olmaq üçün 4501 (Azərbaycan bölməsi – 4316, rus bölməsi – 185) abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.


Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5‑ci nömrəsində dərc edilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xəbər lenti