Xəzər Xəbər

Ötən il Azərbaycanda şəkərli diabetdən 1332 nəfər ölüb

Cəmiyyət | 13:11 • 15 Avqust 2019
Ötən il Azərbaycanda şəkərli diabetdən 1332 nəfər ölüb

2018-ci ildə Azərbaycanda şəkərli diabet diaqnozu ilə 24774 nəfər qeydə alınıb.


Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 10935 nəfəri kişi, 13839-u qadındır. Həmin xəstələrdən 139-u 0-13, 85-i 14-17, 447-si 18-29, 24103- ü 30 və yuxarı yaş qruplarına aiddir.


Məlumata əsasən, insulindən asılı I tip şəkərli diabet xəstələri 1611 nəfərdir. Onlardan 138 nəfəri 0-13, 78 nəfəri 14-17, 196 nəfəri 18-29, 1199 nəfəri 30 və yuxarı yaş aralığına malik insanlardır.

İnsulindən asılı olmayan II tip şəkərli diabet xəstələrinin sayı isə 23163 nəfərdir. Onlardan 1-i 0-13 yaş qrupuna, 7 nəfəri 14-17 yaş qrupuna, 251 nəfəri 18-29 yaş qrupuna, 22904 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir.


İlin sonuna olan məlumata əsasən, müalicə-profilaktika müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 255470 nəfərdir. Onlardan 115510 kişi, 139960 nəfəri isə qadındır. Xəstələrdən 943-ü 0-13 yaş aralığına, 774-ü 14-17 yaş aralığına, 7054-ü 18-29 yaş aralığına, 246699-u 30 və yuxarı yaş aralığına malik şəxslərdir.


Müalicə-profilaktika müəssisələrində olan insulindən asılı I tip şəkərli diabet xəstələrinin sayı isə 30863 nəfərdir. Onlardan 938 nəfəri 0-13 yaş qrupuna, 753 nəfəri 14-17 yaş qrupuna, 3397 nəfəri 18-29 yaş qrupuna, 25775 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.


Müalicə-profilaktika müəssisələrində olan insulindən asılı olmayan II tip şəkərli diabet xəstələrinin cəmi isə 224607 nəfərdir. Xəstələrdən 5-i 0-13 yaş qrupuna, 21- i 14-17 yaş qrupuna, 3657-si 18-29 yaş qrupuna, 220924-ü isə 30 və yuxarı yaş qrupuna məxsus şəxslərdir.


Bildirilib ki, 2018-ci ildə 13937 nəfər xəstəxanalarda şəkərli diabetdən müalicə olunub.


Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə şəkərli diabetdən ölənlərin sayı 1332 nəfər olub. Onlardan 556 nəfərini kişi, 776 nəfərini isə qadınlar təşkil edib. Şəkərli diabetdən ölənlərin sayı digər şəhər və rayonlara nisbətən Bakı şəhərində (167 nəfər) və Şəki rayonunda ( 98 nəfər) daha çox olub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti