Xəzər Xəbər

Bakıda küçə ticarəti ilə bağlı yaranmış antisanitariya aradan qaldırılıb

Cəmiyyət | 13:59 • 12 Avqust 2019
Bakıda küçə ticarəti ilə bağlı yaranmış antisanitariya aradan qaldırılıb

Bakının Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib.


Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildirilib ki, polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.


"Diqqətə çatdırırıq ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən sosial-neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməlidir”, - deyə məlumatda qeyd edilib.

Xəbər lenti