Xəzər Xəbər

Boşqabınızda 5 rəng olmalıdır! - Mütəxəssislər tövsiyə edir

Cəmiyyət | 17:04 • 6 Avqust 2019
Boşqabınızda 5 rəng olmalıdır! -

Həkimlərin fikirinə görə, qidalanma insanın sağlamlığına ən böyük təsir edən amillərdən biridir. Axı insan hər gün və gündə bir neçə dəfə qida qəbul edir!

Sağlam qidalanma sağlamlığın təməlidir. Həkimlərin fikirinə görə, uşaqlıq vaxtından sağlam qidalanan insan qocalığa qədər sağlamlığını və aktivliyini saxlaya bilər. Bütün dünyada həkimlər və diyetoloqlar insanlara sağlam qidalanma prinsiplərini uyğun olaraq qidalanmağı tövsiyə edirlər.

Müasir diyetoloqların tövsiyələrindən biri qidaların rənginə aiddir. Bu çox asan tövsiyədir.

Diyetoloqlar hər gün 5 müxtəlif rəngdə olan qidaları qəbul etməyi tövsiyə edirlər. Məsələn, gün ərzində siz yarma (düyü, qarabaşaq, darı və s. yarmalar), meyvələr (müxtəlif rəngdə), tərəvəzlər (müxtəlif rəngdə), göyərti, süd məhsulları yeyə bilərsiniz. Həftədə 1-2 dəfə qırmızı ət (100-150 qr miqdarında), 2-3 dəfə toyuq əti və ya balıq yeyə bilərsiniz.

Təbii ki, hər gün eyni rəng toplusu alınmaya bilər - ağ, sarı, qırmızı, qəhvəyi, yaşıl, narıncı, bənövşəyi, qara rənglər və onların çalarları növbələşəcək. Rasionunuzda 5 rəngdən artıq ola bilər, lakin bundan az olmamalıdır.(saglamolun.az)

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
398 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti