Xəzər Xəbər

Azərbaycanda Qurban bayramı ilə əlaqədar avqustun 12-13-ü qeyri-iş günüdür

Cəmiyyət | 15:47 • 6 Avqust 2019
Azərbaycanda Qurban bayramı ilə əlaqədar
Nazirlər Kabinetinin qərarına əsasən, bu il bayramla əlaqədar olaraq avqustun 12-i və 13-ü Azərbaycanda qeyri-iş günüdür.


Azərbaycanda Qurban bayramı avqustun 12-si və 13-də qeyd ediləcək.

XəzərXəbər xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il bayramla əlaqədar olaraq avqustun 12-i və 13-ü Azərbaycanda qeyri-iş günüdür.

QMİ-dən bildirilib ki, bayram namazı avqustun 12-də saat 09:00-da qılınacaq. Təzə Pir məscidində qılınacaq namaza QMİ-sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də qatılacaq.

Qeyd edək ki, QMİ Qazılar Şurası yaxın günlərdə bayramda qurban kəsimi qaydaları ilə bağlı tövsiyələrini açıqlayıb.


Xəbər lenti