Xəzər Xəbər

Bu rayonlar qazsız qaldı

Cəmiyyət | 11:18 • 6 Avqust 2019
Bu rayonlar qazsız qaldı

Bu gün səhər saat 09:00-dan 2 gün müddətinə Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən XəzərXəbər-ə verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.

Bu gün saat 14:00-dan etibarən işlər başa çatanadək Beyləqan rayonunun bir neçə kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərində sazlama işləri aparılacaq.

Xəbər lenti