Xəzər Xəbər

50 yaşdan sonra qarındakı piydən necə qurtulmalı?

Cəmiyyət | 13:26 • 5 Avqust 2019
50 yaşdan sonra qarındakı piydən necə qurtulmalı?

Fiziki fəallğını azalması yaş keçdikcə bir sıra ciddi xəstəliklər və erkən ölüm riskini artırır. Qocalma bədənin əzələ kütləsinin (LBM) mütəmadi şəkildə azalmasına gətirir. Bunun yanında orqanizmdə piy paylanması yer dəyişir, yağların çox hissəsi qarın bölgəsinə yığılır.

XəzərXəbər faktxeber.com-a istinadən bildirir ki, Amerikanın Geriatrik icması uzun araşdırmalardan sonra bu barədə xəbər verib.

Onların sözlərinə görə, "mərkəzi piylənmə" ümumi artıq çəkiyə nisbətdə daha çox ürək-damar xəstəlikləri riskini artırır. Buna görə də prosesə nəzarət etmək tövsiyə olunur.

Eksperiment çərçivəsində arıqlamaq istəyən yaşlılara 10 həftə ərzində ekspertlər tərəfindən hazırlanan proqramı sınaqdan keçirməyi tövsiyə ediblər. Könüllülər həftədə 3 dəfə məşqlərə gediblər.

İlk vaxtlar intervalı məşqlər 18 dəqiqə çəkib. Mütəmadi olaraq onların davamiyyəti 36 dəqiqəyə çıxardılır. Məşqlər istirahət vaxtları ilə növbəli olurdu. Belə ki, 40 saniyə fiziki ağırlığa, 20 saniyə isə dincəlməyə sərf edilirdi. Bundan sonra yeni idman seriyası, 40 saniyədən sonra istirahət və s. belə davam edir.

Araşdırmanın sonunda instruksiyaya tam riayət edənlərin yağ kütləsinin 1/3-i əriyir, əzələ kütləsi isə əksinə artır.

Araşdırmaçılar daha bir maraqlı məqamla da üzləşiblər: 10 həftəlik məşqlər kişilərin qarnında yağ kütləsi azalıb, lakin qadınlara az təsir edib. Bunun səbəbini müəyyənləşdirmək üçün alimlər yeni araşdırmalara başlayıblar.

O da vurğulanıb ki, intervallı məşqlər ev şəraitində yerinə yetirilə bilər. Bunun üçün hər hansı bir xüsusi təchizata ehtiyac yoxdur.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti