Xəzər Xəbər

Gecə boyu bu narahatlıqlar xərçəngin xəbərçisidir

Cəmiyyət | 13:22 • 5 Avqust 2019
Gecə boyu bu narahatlıqlar xərçəngin xəbərçisidir

Obstruktiv yuxu apnesi (OSA) olan insanlarda digərlərinə nisbətən daha çox xərçəng diaqnozu qoyulub.

XəzərXəbər faktxeber.com-a istinadən bildirir ki,Avropa Ağciyər Vəqfinin mütəxəssisləri 19 mindən çox insanın iştirakı ilə apardıqları tədqiqatdan sonra belə bir nəticəyə gəliblər.

Bundan əlavə OSA-dan əziyyət çəkən qadınlarda bədxassəli şişin inkişafı riski eyni diaqnozlu kişilərə nisbətən daha çoxdur.

Alimlər araşdırmalar zamanı müəyyən ediblər ki, gecə boyu qanda oksigenin aşağı səviyyədə olması və OSA-da tez-tez rast gəlinən yuxu pozğunluğunun xərçəngin müxtəlif növlərinin biologiyasında vacib rol oynaya bilər. Onların sözlərinə görə, ağır OSA bədxassəli prosesin indikatoru ola bilər.

Apnoe (yaxud OSA) - yuxu zamanı tənəffüs pozğunluğudur, hansı ki, bəzən nəfəs alma 40 saniyə dayanır. İlk dəfə 1965-ci ildə adı qoyulan apnoe, yunan dilində 'nəfəs arzusu' deməkdir. İki cür yuxu apnesi müəyyən olunub: birincidə beyin tənəffüsü başladan nəfəs alma əzələlərinə doğru siqnalları göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apne əsnasında nəfəs almaq üçün həddindən artıq səy göstərildiyi üçün damarlar və ürək müqavimətə qarşı işləyir. O əsnada qandakı oksigen sıxlığı azalır. Ürəkdə bir sıra ritim pozğunluqları baş verir. Yuxuda ani ölümlər, yüksək təzyiq, ürək xəstəlikləri, infakt və ifliclər baş verir. Adətən bundan əziyyət çəkənlərin özlərində belə bir problemin olduğundan xəbərsiz olurlar.

Məqalədə bildirilir ki, OSA-nın klassik simptomları olan - gecə vaxtı yuxululuq, xorultu və tənəffüsün dayanması adətən kişilərdə görünür. Lakin bu nasazlığın başqa az bilinən simptomları da - yorğunluq, yuxusuzluq, depressiv vəziyyət və səhərlər başağrısı da mövcuddur. Belə vəziyyətlər adətən qadınlarda müşahidə olunur. Bu səbəbdən xəstələrdə bu vəziyyət müəyyən olunarkən, həkimlər daha diqqətli olmalıdır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti