Xəzər Xəbər

Narkoz insanda xərçəng yarada bilər Azərbaycanlı həkim dəhşətli FAKTLARI AÇDI

Cəmiyyət | 10:19 • 31 İyul 2019
Narkoz insanda xərçəng yarada bilər

Narkozun zərərləri çoxlarını düşündürən və narahat edən suallardan biridir. Cəmiyyətdə belə fikir var ki, narkozdan sonra saç tökülməsi, yuxu problemi, yaddaş pozulması kimi halların baş verməsi riski yüksəkdir.

XəzərXəbər xəbər verir ki, tanınmış anestezioloq reanimatoloq Şahin Məmmədov bu mövzu barədə ətraflı məlumat verib. O bildirib ki, narkozun kim tərəfindən verilməsi vacib nüansdır.

"Çoxu elə bilir ki, xəstəni narkozdan ayıltmaqla iş tamamdır. Bəzi xırda görünən məqamlar nəzərdən qaçarsa, xəstə bunun fəsadlarını illərlə çəkə bilər. Çox edilən anestezioloq səhvlərindən bir neçəsini deyim:

1. Sedativ effekti güclü, amma ağrıkəsici effekti olmayan propofol ilə abort kimi xırda cərrahi prosedurun aparılması zamanı doza yüksək tutulduqda, xəstə ağrıya qarşı hərəki reaksiya verməyəcək. Amma bu, o demək deyil ki, xəstə ağrı hiss etmədi. Ayılanda da hər şeyi unudacaq. Lakin qeyri-adekvat analgeziya həmin insanda güclü stress törədir. Bundan nə cərrah, nə də xəstənin xəbəri olmur.

2. Kapnoqrafiyasız əməliyyat. Kapnoqraf ya yoxdur, ya xarabdır, ya əhəmiyyət verilməyib, ya da anestezioloq heç bilmir ki, onun əyriləri həkimə nələri bildirir. Anestezioloq tənəffüs həcmini bədən çəkisinə əsasən seçir, ortalama tənəffüs sayı qoyur. Amma maddələr mübadiləsinin sürəti həmin xəstədə az olarsa, xəstənin hündürboyu nəzərə alınmazsa, tənəffüs asidozu yaranacaq. Bu zaman baş-beyin damarları genişlənəcək, anestetikə qarşı sinir toxumasının həssaslığı artacaq, verdiyiniz doza ona toksik təsir edəcək. Əksinə əgər maddələri mübadilərinin sürəti çox olarsa, xəstənin kiçik boylu olduğu nəzərə alınmazsa, hansı ki, tənəffüs alkalozu yaranacaq. Bu zaman əksinə baş-beyin damarları spazma uğrayacaq, anestetikə qarşı sinir toxumasının həssaslığı azalacaq və kq çəkiyə təyin edilmiş anestetik və narkotiklərin effekti az olacaq. Bu zaman xəstə əməliyyat vaxtı ayıq ola bilər, bütün danışıqları eşidər, güclü həyəcan və təşviş keçirə bilər. Lakin miorelaksant vurulduğu üçün tərpənə bilməz, həkimlərin də bundan xəbəri olmaz. Həmçinin əməliyyat zamanı ayılması barədə xəstə də çox vaxt məlumat verə bilmir, çünki narkoz dərmanlarından bəzisinin güclü amneziya törətmək qabiliyyəti var. Yəni xəstə ayıldığını unudacaq. Amma yaşadığı stress uzun müddət öz təsirlərini göstərəcək. Nəinki saç tökülməsi, hətta stressin təsirindən xərçəng belə ola bilər.

3. Narkotiklərə qənaət etdikdə də bəzən anestezioloqlar anestetikin dozasını və miorelaksanti artırır ki, xəstədə hərəki reaksiyalar olmasın, bu zaman da xəstə əməliyyatı hiss edə bilər.

4. Əksəriyyəti daim gözlərinin qabağında olan puls pletismoqrafiyanın nə üçün olduğunu bilmir. Çoxundan soruşuram ki, bu əyrilər nəyi göstərir? Deyir ki, oksigen saturasiyasını. Hansi ki, puls pletismoqrafiya vasitəsilə xəstənin ağrı hiss etməsini, ya əksinə anestetik dozasının çox olmasını asanlıqla görə bilərlər.

Bütün anestezioloqları pisləmək istəmirəm, çox gözəl mütəxəssislər var, amma bəzən adicə konturlardan sual verirsən, bilmirlər. Bunları açıq şəkildə etiraf etmək insanların həkimlərə qarşı inamını azalda bilər. Amma digər tərəfdən də xəstələr də bizim yaxınlarımızdır.

Bütün anesteziya fəsadlarını deyə bilmərəm. Bunlar bir neçə qrupa bölünür.

1. Anestetikin özünə qarşı fərdi həssaslıq və anestetikin yan təsirləri. Anestezioloq xəstəyə uyğun anestetiki seçməlidir.

2. Anestezioloqun texniki təcrübəsinin az olmasına görə yaranmış problemlər.

3. Narkozun düzgün idarə edilməməsi, xəstənin düzgün qiymətləndirilməməsi və s.

Müasir narkoz dərmanları ilə yüksək keyfiyyətdə aparılmış anesteziya saç tökülməsi, yuxu və yaddaş problemləri, əsəb pozulması vermir. Bunlar keyfiyyətsiz aparılmiş anesteziyaya görə xəstənin əməliyyatda aldığı stressin qalıq əlamətləridir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
519 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti