Xəzər Xəbər

Uşaqların yuxu saatları nəzarətdə saxlanılmalıdır

Cəmiyyət | 16:31 • 24 İyul 2019
Uşaqların yuxu saatları nəzarətdə saxlanılmalıdır

Yuxu beyin fəaliyyəti normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyalarının azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxu insan orqanizmində gün ərzində sərf olunan enerjini bərpa edir, stressi azaldır və sağlamlığı qorumağa kömək edir. Araşdırmalara əsasən insan həyatının üçdə bir hissəsi yuxuda keçir.


Yuxu saatları yaş qruplarına uyğun olaraq dəyişir. Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva AZƏRTAC-a deyib: "Uşaqların gün ərzində 8-10 saat yatmağı vacib şərtdir. Məktəbyaşlı uşaqlarda 8-9 saat yuxu vaxtı normaya uyğundur, eyni zamanda onlarda gərginliyin aradan qalxmasına səbəb olur”.


Körpələrin yuxu rejimi onların sağlam və tez böyüməsinə kömək edir. Ona görə də uşaqların yuxu saatlarını daim nəzarətdə saxlamaq lazımdır. 3 yaşa qədər olan balacaların 10-12 saat yatmağı məsləhətdir. Erkən uşaqlıq dövrü minimal fiziki fəaliyyət və daha çox yuxu müddəti ilə, böyüdükcə aktivliyin artması və yuxu müddətinin qısalması ilə xarakterizə olunur. Körpələrlə yanaşı, kiçik məktəblilərin də də yuxu qaydası valideynlərin diqqət mərkəzində olmalıdır.


Həm tibbi, həm də psixoloji cəhətdən insan orqanizmi üçün faydalı olan yuxu saatlarının düzgün və normalar əsasında bölünməsi vacibdir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti