Xəzər Xəbər

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota dolub

Cəmiyyət | 14:29 • 24 İyul 2019
Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota dolub

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün müəyyən edilən 1400 nəfərlik kvota artıq dolub.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, adətən Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir. Bu il də qadın zəvvarların təqribən 40 faiz təşkil edəcəyi bildirilir.

Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Xəbər lenti