Xəzər Xəbər

Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Cəmiyyət | 15:12 • 23 İyul 2019
Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır.


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.


Onun sözlərinə görə, hazırda yeni orfoqrafiya lüğətinə daxil olacaq sözlərin yazılışı yenidən yoxlanılır. Lüğətin sentyabrda çapa verilməsi nəzərdə tutulur: "Ola bilsin ki, lüğətə daxil olan bəzi sözlərin yazilişı ilə bağlı Nazirlər Kabineti və Prezident Administrasiyasından kiçik düzəlişlər edilsin. Bu düzəlişlərin nədən ibarət olacağını hələ dəqiq deyə bilmərəm”.


M.Nağısoylu əlavə edib ki, yeni orfoqrafiya lüğətinə 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz daxil edilib, hazırkı lüğətdə mövcud olan təxminən 1000 söz isə lüğətdən çıxarılıb:


"Lüğətdən çıxarılanlar qondarma, ikivariantlı sözlərdir. Bəzi sözlər həmin lüğətdə ikivariantlı yazılıb. Məsələn, lüğətdə altun da, altın da, adəm də, adam da, nəqqaş da, naqqaş, adinə də, adına da var. Onlarla bağlı müzakirələr aparmışıq, sonda belə ikivariantlı sözlərin yalnız birini yeni lüğətdə saxlamışıq. Saxladığımız sözlər dilimizdə daha çox qəbul edilən, izahlı lüğətdə verilən sözlərdir. Məsələn, yeni lüğətdə naqqaş yox, nəqqaş, adəm yox, adam, altın yox, altun, adinə yox, adına yazılıb. "Adinə" sözü adına sözünün klassik variantı olsa da, dilimizdə daha çox işlək olan "adına" sözünü saxlamışıq".


Akademik qeyd edib ki, hazırkı lüğətdə iki variantda yazılan sözlərin sayı 100-ə yaxındır. Yeni lüğətə isə həmin sözlərdən dilimizdə daha çox işlək olanı daxil ediləcək, buna görə də əvvəllər iki variantda yazılan sözlərin 50-yə yaxını lüğətdən çıxarılacaq.


M.Nağısoylu yeni lüğətdə ümumilikdə 110-115 min sözün olacağını da nəzərə çatdırıb.


Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.


Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti