Xəzər Xəbər

Narkoistifadəçilərin yeni qeydiyyat sistemi hazırlanacaq

Cəmiyyət | 09:22 • 23 İyul 2019
Narkoistifadəçilərin yeni qeydiyyat sistemi hazırlanacaq

Narkoistifadəçilərin yeni qeydiyyat sistemi hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamla təsdiqlənən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, Səhiyyə Nazirliyi 2019–2020-ci illərdə narkoistifadəçilər barədə daha dolğun, aydın və konkret məlumatların əldə olunaraq yığılması üçün müasir tələblərə cavab verən yeni qeydiyyat sisteminin işlənilib hazırlanmasını təmin etməlidir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti