Xəzər Xəbər

İİÇV-yə qarşı vaksinin insanlar üzərində sınaqlarına bu il başlanacaq

Cəmiyyət | 15:42 • 19 İyul 2019
İİÇV-yə qarşı vaksinin insanlar üzərində sınaqlarına bu il başlanacaq
Alimlər tibb tarixində İİÇV-yə qarşı ilk vaksinin insanlar üzərində sınaqlarına bu il başlayacaqlar. Sınaqlar uğurlu olsa, bu təhlükəli virusun epidemiyasının qarşısını həmişəlik almaq mümkün olacaq. Herpes virusu əsasında hazırlanan bu preparat kliniki tədqiqatlar zamanı makaka-rezusların 60 faizini meymunlarda təsadüf olunan İÇV virusundan təmizləyib. Sonralar bu ştammın təsirinə məruz qalan heyvanların 75 faizi üç ilə qədər müddət ərzində bu virusa qarşı rezistentlik nümayiş etdirib. ABŞ-ın Oreqona ştatının alimləri 30 ildir ki, bu vaksin üzərində işləyirlər. 


Xezerxeber.az "MedikForum”a istinadən xəbər verir ki, bu gün həmin inyeksiyanı İİÇV-yə qarşı mübarizədə ən yaxşı vasitələrdən biri adlandırırlar və nəhayət, insanlar üzərində sınaqdan keçirməyə hazırlaşırlar.

Xəbər lenti