Xəzər Xəbər

İşçilərin distant və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

Cəmiyyət | 15:02 • 19 İyul 2019
İşçilərin distant və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin distant (məsafədən) iş və ya teleiş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması istiqamətində iş aparır. 

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, ilk növbədə Əmək Məcəlləsindəki əsas anlayışlar sırasına "Distant (məsafədən) iş – əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında evdə yerinə yetirilməsi forması” və "Teleiş –  əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında evdə yerinə yetirilməsi forması” anlayışlarının daxil edilməsi nəzərdə tutulur. Yeni anlayışların daxil edilməsi ilə əlaqədar Məcəllənin 4-cü maddəsinin 2-ci hissəsinin və 55-ci maddəsinin də təkmilləşdirilməsi təmin ediləcək. 

Qeyd edək ki, bu sahədə işlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planına əsasən aparılır. Belə ki, həmin Tədbirlər planında teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması tədbiri də yer alıb. 

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti