Xəzər Xəbər

Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

Cəmiyyət | 09:18 • 18 İyul 2019
Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının AMEA-nın Biofizika İnstitutu və Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlayıb.


Xezerxeber.az-ın məlumatına görə, AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov deyib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən natiq dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib:


"Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çox amilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var".


Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.


O.Qasımov Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: "Maşın öyrənməsi" fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir".


O.Qasımov bildirib ki, bu gün tibbdə müasir çağırışlara cavab olaraq, fərdi təbabət istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə texnologiyaları bazasının yaradılmasına ehtiyac var.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti