Xəzər Xəbər

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başa çatır

Cəmiyyət | 15:36 • 16 İyul 2019
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat bu gün başa çatacaq.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, qeydiyyat iyulun 8-də başlayıb və 16 iyulda bitəcək. Qabiliyyət imtahanları isə 18-22 iyul tarixlərində keçiriləcək.


Qeyd edək ki, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş abituriyent jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilib.

Xəbər lenti