Xəzər Xəbər

Rezidenturaya ixtisas seçimi başlayıb

Cəmiyyət | 09:20 • 16 İyul 2019
Rezidenturaya ixtisas seçimi başlayıb

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, ixtisas seçimi iyulun 16-dan 22- dək aparılacaq.


Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları "Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş "Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.


Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.


İmtahanda iştirak edən 447 namizəddən 351-i müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90 dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.


II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 173 bal olub.

Xəbər lenti