Xəzər Xəbər

Nazirlik: Azərbaycanda 8 yeni xəstəxana istifadəyə veriləcək

Cəmiyyət | 16:37 • 15 İyul 2019
Nazirlik: Azərbaycanda 8 yeni xəstəxana istifadəyə veriləcək

Hazırda 17 tibb müəssisəsində təmir-tikinti işləri aparılır.


Bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Məlumatda bildirilir ki, bu müəssisələrdən biri - Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən xəstəxana sentyabrda əsaslı təmirdən çıxaraq fəaliyyət göstərəcək.


Nazirlikdən bildirilib ki, 8 yeni xəstəxana istifadəyə veriləcək. Bunlar 200 çarpayılıq Gəncə şəhər Psixiatriya Xəstəxanası, 200 çarpayılıq Şəki şəhər Psixiatriya, Goranboy Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Qazax Rayon Mərkəzi Xəstəxanası, Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası, Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Buzovna qəsəbəsində Sanator- Kurort Reabilitasiya Mərkəzinin (Publik Hüquqi Şəxs) binalarıdır.


Məlumatda qeyd olunub ki, 8 xəstəxanada (Qəbələ Rayon Mərkəzi Xəstəxanası, Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanası, Füzuli Rayon Mərkəzi Xəstəxanası, Samux Rayon Mərkəzi Xəstəxanası, 2 nömrəli Sumqayıt şəhər Xəstəxanasının yeni binası, Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri, Bakı şəhərinin Nizami rayonunda 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikintisi və Sabunçu rayonunda 2 nömrəli Doğum evi) təmir-tikinti işləri davam etdiriləcək.


Qeyd edək ki, cari ilin birinci rübündə Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatdırılaraq istismara verilib.

Xəbər lenti