Xəzər Xəbər

2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib

Cəmiyyət | 12:58 • 15 İyul 2019
2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.


Təhsil nazirinin əmri ilə ölkəmizdə tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2019-2020-ci dərs ilinə aid tədris planları və "Tədris planlarına dair qeydlər” təsdiq edilib.


Əmrə əsasən, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi və Maliyyə şöbəsi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etməlidirlər. İnformasiya şöbəsi bu əmri əlavələrlə birlikdə "Azərbaycan müəllimi” qəzetində dərc etməli və nazirliyin internet səhifəsində yerləşdirməlidir.


Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.


Tədris planları və "Tədris planlarına dair qeydlər”lə nazirliyin saytında tanış olmaq mümkündür.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti