Xəzər Xəbər

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib

Cəmiyyət | 12:28 • 15 İyul 2019
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib.

DİN-dən xezerxeber.az-a daxil olan müraciətdə bildirilib ki, Azərbaycan vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.

"Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur: vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. Vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtna daxil olub, E-qeydiyyat bölümündə (https://e-qeydiyyat.bpqmi.gov.az/login) fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər”, - müraciətdə qeyd olunub.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
539 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti