Xəzər Xəbər

İşdən azad edilən 66 nəfərdən 11-i dövlət qulluğuna qəbul imtahanında uğur qazanıb

Cəmiyyət | 14:31 • 15 İyul 2019
İşdən azad edilən 66 nəfərdən 11-i dövlət qulluğuna qəbul imtahanında uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilmiş imtahanda iştirak edərək ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatları açıqlayıb.


DİM-dən xezerxeber.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1263 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 365-i imtahanı müvəffəqiyyətlə verib.


İmtahanda iştirak edənlərdən 503 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri” sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.


İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 68 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 20 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.


Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 369 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 44 nəfər müvəffəqiyyət qazanıb.


İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 66 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 11 nəfər uğur qazanıb.


Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 440 nəfər (24,9 faiz) müvəffəqiyyət əldə edib.


Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanları mütəmadi olaraq saytımızda yerləşdirilir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti