Xəzər Xəbər

Müsahibədə 20 namizəd uğur qazanıb

Cəmiyyət | 13:32 • 15 İyul 2019
Müsahibədə 20 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlayan müsabiqənin müsahibə mərhələsi davam edir.


DİM-dən xezerxeber.az-a bildirilib ki, iyunun 15-i saat 10:30-a olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 20-si müxtəlif vəzifələrə uyğun bilinib.


Müsahibələr iyulun 19-da başa çatacaq.


Qeyd edək ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.

Xəbər lenti