Xəzər Xəbər

Bakıda köşklər yuyulub, obyektlərin ətrafı dezinfeksiya olunub

Cəmiyyət | 15:58 • 11 İyul 2019
Bakıda köşklər yuyulub, obyektlərin ətrafı dezinfeksiya olunub

Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən şəhərdə yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, obyektlərin ətrafı dezinfeksiya olunub.


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməcliklər keçirilir.


Qeyd edilib ki, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır.

Xəbər lenti

Çox oxunanlar