Xəzər Xəbər

Bu ilin 5 ayında Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

Cəmiyyət | 10:58 • 11 İyul 2019
Bu ilin 5 ayında Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

2019-cu il iyunun 1-nə olan vəziyyətə əsasən, ölkə əhalisi 10013,1 min nəfər olub.


Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56254 doğulan körpə qeydə alınıb. Onlardan 30053 nəfəri oğlan, 26201 nəfəri isə qız uşağı olub. Körpələrdən 1238-i əkiz, 36-ı isə üçəm doğulanlardır.


Qeyd edək ki, bu il aprelin 6-da Azərbaycanın 10 milyonuncu vətəndaşı doğulub.

Xəbər lenti