Xəzər Xəbər

Azərbaycanda surroqat ana olmaq istəyənləri hansı qərar gözləyir? - Açıqlama

Cəmiyyət | 16:32 • 5 İyul 2019
Azərbaycanda surroqat ana olmaq istəyənləri

Hər klinikaya ayda 10-dan çox qadın surroqat ana olmaq üçün müraciət edir

"Azərbaycanda surroqat ana olmaq üçün klinikalara müraciət edənlər çox olsa da, bu məsələ "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsindən çıxardılıb. Buna səbəb surroqat ana məsələsinin genetik baxımdan gələcəkdə problemlərə yol açması və mentalitetimizə zidd olmasıdır".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva söyləyib. O bildirib ki, Azərbaycanda sonsuzluq probleminin qarşısının alınması üçün süni mayalanma həyata keçirilir: "Artıq qadınlarımız ana olmaq üçün süni mayalanma etdirmək məqsədilə xarici ölkələrə üz tutmurlar. Bu gün Azərbaycanda süni mayalanmanı həyata keçirən kifayət qədər klinika var. Amma surroqat ana məsələsinə "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsində birdəfəlik son qoyulub".

K. Əliyeva bildirib ki, illərdir ki, müzakirəsi yubanan qanun layihəsinin qəbulu bu ilin payız sessiyasında, yəqin ki, qəbul olunacaq:

"Artıq qanun layihəsi, demək olar ki, tam hazırdır. 5-ci çağırış parlament seçkiləri öz işini bu il başa vurduğundan, qanun bu payız sessiyasında, çox güman ki, yenidən müzakirəyə çıxardılaraq qəbul olunacaq".

Qeyd edək ki, Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri, süni mayalanma mütəxəssisi, əməkdar həkim Mahirə İsmayılova Modern.az-a açıqlamasında hər klinikaya ayda 10-dan çox qadının surroqat ana olmaq üçün müraciət etdiyini söyləyib. O, belə müraciətlərin çox olduğunu vurğulayıb.

Sputnik Azərbaycan


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti