Xəzər Xəbər

"Piyin ayaqda olması, qarında olmasından daha yaxşıdır" AÇIQLAMA

Cəmiyyət | 16:06 • 3 İyul 2019
"Piyin ayaqda olması, qarında olmasından daha yaxşıdır"
Tədqiqatlara görə, qarınla müqayisədə ayaqlarda daha çox piyin olması postmenopauza dövründə olan qadınları ürək xəstəliklərindən qoruyur.

XəzərXəbər Medicina.az-a istinadla xəbər verir ki, məqbul çəki diapazonunda olan qadınlar arasında qarın piyi ən çox olan və bud-ayaq piyi ən az olanların ürək xəstəliyinə tutulmaq riski daha yüksəkdir. Bu barədə european Heart jurnalında elmi təqiqatın nəticəsi dərc olunub.

Alimlər hesab edirlər ki, "almanı xatırladan" fiqura malik qadınlar "armudu xatırladan" fiqura nail olmaq üçün qarın piyini azaltmağa çalışmalıdırlar.
Ürək xəstəlikləri sahəsində xeyriyyəçiliklə məşğul olan təşkilatın bildirdiyinə görə, qeyd edilən amillər arasında əlaqəni tapmaq üçün daha çox araşdırma işi aparılmalıdır.


• Piylənmə niyə xərçəng riskini artırır?
• Piylənmə riski insan hələ körpəykən təxmin edilə bilir


Tədqiqatçılar nə edib?

Tədqiqatda sağlam çəki diapazonunda, yəni çəki indeksi (BMI) 18-25 arasında olan və yaşı 18-i keçmiş 2600 qadın iştirak edib.
Onlar ABŞ-da "Qadın Sağlamlığı Təşəbbüsü" təşkilatı tərəfindən 1990-cı illərin ortasından başlayaraq keçirilən təqiqatda iştirak ediblər.
Bu tədqiqat çərçivəsində vaxtaşırı olaraq qadınların bədənindəki piy qatı, əzələ və sümüklərinin sıxlığı yoxlanılıb.


Nəticədə, aşkar olunub ki, qarın ətrafınfa piy qatı daha çox olan "alma şəklində" fiqura malik qadınların ürək xəstəliyinə tutulma riski fiquru "armud şəklində olan" və piy qatı əsasən bud və ayaq ətrafında yığılan qanlara nisbətən üçqat çoxdur.


"Almaşəkilli" fiqurun fəsadları məlum deyildimi?

Qarın nahiyəsi orqanları ətrafında yığılan piyin ürək-damar xəstəlikləri və 2-ci tipli diabet riskini artırdığını alimlər bundan əvvəl də bilirdilər.
Ürək və qan dövranı xəstəlikləri Britaniyada orta hesabla, dörd ölümdən birinə səbəb olur.
Ayaq piyinin hansı səbəbdən qoruyucu funksiya daşıya bilməsi hələlik yaxşı araşdırılmayıb, lakin bu növ piy bədən üçün problem yaratmır.
Orta yaşlarında olan insan oturaq həyat tərzi keçirisə, onun qarın ətrafındakı piy qatı böyüyə bilər.
Tədqiqatı keçiriən New York-da Albert Einstein Tibb Kollecindən professor Qibin Qi qeyd edib ki, əvvəlki araşdırmalarda diqqət mərkəzində aşırı çəkidə olanlar və piylənməyə məruz qalanlar olub.


"Bizim tədqiqatımızda iştirak edənlərinsə çəkisi normal olub. Yəni, hətta sağlam bədən çəkisində olan qadınlar üçün də fiqurun "alma və ya armud şəklində" olması fərq edir", - professor deyib.


Qadınlar nə etməli?


Proffessor Qi hesab edir ki, qadınlar qarın ətrafında piy qatını azaltmağa çalışmalıdırlar.
"Bunun üçün xüsusi pəhriz tutmaq və ya məşq etmək lazımdırmı - bu, hələ bilinmir. Bizim qrup bu sual üzərinə işləyir və ümid edirəm ki, tezliklə cavab ala bilərik", - alim qeyd edib.
Professor qadınlara sağlam yeməklərə üstünlük vermək və fiziki məşqlər etməyi məsləhət görüb.


Britaniya Ürək Fondunun tibbi direktor müavini doktor Sonya Babu-Narayan isə tədqiqatın nəticələrinin maraqlı olduğunu qeyd edib.
"Bu tədqiqat işi ürəktutma riskiylə piyin bədəndə harada toplanması arasında maraq doöurucu bir əlaqənin olduğunu aşkarlayır", - o deyib.
"Bədən piyinin necə yerləşməsindən qeyd edilən xəstəliklərin asılılığının müəyyən edilməsi sahəsində gələcək tədqiqatlar dünyada ən təhlükəli sayılan xəstəliklərin qarşısının yeni üsullarla alınmasına yol aça bilər", -Sonya Babu-Narayan vurğulayıb.

Xəbər lenti