Xəzər Xəbər

Üzünüzdə çıxan sızanaqlar ciddi xəstəliklərin xəbərçisidir DİQQƏT

Cəmiyyət | 14:07 • 3 İyul 2019
Üzünüzdə çıxan sızanaqlar ciddi xəstəliklərin xəbərçisidir

Üz və bədəninizin müxtəlif bölgələrində yaranan sızanaqlar bağırsaqlarınızda problem yaranmasının xəbərçisi ola bilər.

Sızanaqlar cild məsamələrinin cild yağı və bakteriyalarla tıxanıb iltihab əmələ gətirməsi sayəsində yaranır. Prosesin ən dərin faktorları hormonal dəyişikliklər, bəzi dərmanlar, qida rasionu, ruh halının pozulması və bağırsaq florasının dəyişməsidir.

Aparılan araşdırmalar sübut edib ki, bağırsaq sağlamlığı sadəcə həzm sistemi ilə deyil, immun sistemi, psixologiya, artıq çəki və hətta dəri sağlamlığı ilə də bağlıdır. Buna görə də sağlam və təmiz dəri üçün sağlam bağırsaq sisteminə sahib olmaq vacibdir. Bunun üçün də qidalanmaya fikir vermək lazımdır.

Sağlam dəriyə sahib olmaq üçün qluten, taxıl məhsulları, süd məshulları və şəkərdən uzaq durulmalıdır. Aparılan araşdırmalar süd məhsulları ilə sızanaqlar arasında birbaşa əlaqəni aşkara çıxarıb. İltihabı şiddətləndirən Omeqa-6 yağları da qəbul olunmamalıdır. Qara ciyərin sağlam fəaliyyətinə diqqət yetirmək lazımdır. Qara ciyəri qorumaq üçün qidalanmada razyana, zəncəfil, narıngi, alma, tünd yaşıl yarpaqlı bitkilər, sarıkök, sarımsaq, soğan və brokolyeyə üstünlük verilməlidir.

Sağlam dəri üçün sağlam yağ turşularına yer vermək vacibdir. Bunun üçün kətan toxumu, avokado, balıq, gəzən heyvanın südündən əldə olunmuş kərə yağı və yağlı toxumlar tez-tez istifadə olunmalıdır.

Sağlam dəri üçün həm də orqanizmin kifayət qədər sink ehtiyacını qarşılamaq lazımdır. Bunun üçün balqabaq tumu, dəniz məhsulları, yumurta, sərbəst gəzən heyvanın ətləri, göbələk, noxud və ispanaq rasiondan əskik edilməməlidir./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti