Xəzər Xəbər

Metro istifadəçilərinə ŞAD XƏBƏR: bu stansiya avqustda açılacaq

Cəmiyyət | 17:28 • 2 İyul 2019
Metro istifadəçilərinə ŞAD XƏBƏR:

"Bakı Metropoliteni"nin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq stansiyada eskalatorlar quraşdırılıb:

"Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir".

Xəbər lenti