Xəzər Xəbər

Çimərliyə gedənlərin diqqətinə 6 VACİB QAYDA

Cəmiyyət | 16:46 • 2 İyul 2019
Çimərliyə gedənlərin diqqətinə

Dəniz suyu, havası, isti dəniz qumu - bütün bunlar əsl sağlamlıq mənbəyidir.

Lakin çimərlikdə dincələndə bəzi sadə qaydalara əməl etmək lazımdır ki, bu istirahət sizə ziyan deyil, yalnız fayda versin.

1. Su için!

XəzərXəbər yenicag.az-a istinadən bildirir ki, çimərlikdə dincələndə mütləq yanınızda adi təmiz su saxlayın və vaxtaşırı olaraq suyu kiçik qurtumlarla için. Günün altında olan insanda susuzlaşma tez inkişaf edir. Susuzlaşma çox ziyanlıdır - ürək-damar, sinir sisteminin, böyrəklərin fəaliyyətini pozur, qocalmanı tezləşdirir. Susuzlaşmanın qarşısını almaq üçün tez-tez su için.

Şirin qazlı sular, enerji içkiləri, spirtli içikələri çimərlikdə içməyin. Onlar susuzlaşmanı daha da artırır, orqanizmə ciddi ziyan vurur.

2. Gündən qoruyan vasitələri unutmayın!

Hər 2 saatdan bir dərinizə gündən qoruyan krem çəkin. Bu vasitələr dərini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur.

Son zamanlar alimlər bir çox gündən qoruyan kremlərin az effektli olduğunu aşkar ediblər. Yaxşı keyfiyyətli kremlərdən istifadə edin, kremləri aptekdən alın.

Alternativ variant - təbii yağlardır. Bəzi yağlar da dərini gündən qoruyan istənilən kremdən daha yaxşı qoruyur. Bu yağlar arasında - təbii zeytun, çaytikanı, küncüt, kokos, avokado yağıdır.

Krem və ya yağı günə çıxmamışdan 10-15 dəqiqə əvvəl bədəninizə çəkin, dənizdən çıxdıqdan sonra krem çəkməyi unutmayın.

3. Nəm çimərlik geyiminizi mütləq dəyişin!4. Gündən qoruyan eynək taxın!

Bu həm kişi, həm də qadınlara aiddir. Nəm çimərlik geyimində qalmaq sidik-cinsiyyət sistemi xəstəliklərinin riskini artırır, bu sistemdə mövcud olan xəstəliklərin kəskinləşməsinə səbəb olur.

4. Gündən qoruyan eynək taxın!

Gün şüaları gözlərimiz üçün ziyanlıdır. Şüalanma bir çox göz xəstəliklərinin (katarakta və s.) inkişafı riskini artırır.

Keyfiyətli gün eynəklərindən istifadə edin. Ucuz eynəklər heç nədən qorumur və əksinə əlavə təhlükə yaradır.

5. Çimərlikdə düzgün qidalanın!

Çimərlikdə süd və ət məhsulları yeməyin. Bu kimi məhsullar isti havada orqanizmi artıq yükləyir və həmçinin zəhərlənməyə səbəb ola bilər. Çimərlikdə meyvə-tərəvəz, qoz-fındıq, tum və adi sudan əlavə digər qidaları qəbul etməyin.

6. Başınıza panama, kepka taxın!

Bu sizi günvurmadan qoruyacaq. Bundan əlavə panama saçınızı günün mənfi təsirindən qoruyur.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti