Xəzər Xəbər

Bakıda daha iki rəngdə tullantı konteynerləri olacaq

Cəmiyyət | 16:17 • 2 İyul 2019
Bakıda daha iki rəngdə tullantı konteynerləri olacaq

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir.

XəzərXəbər xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun Trend-ə verdiyi məlumata görə, bununla əlaqədar bu sahədə ciddi təcrübəyə malik Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq bu işlər sınaq kimi Nərimanov rayonunda başlanıb:

"İyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı olacaq. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq".

İcra Hakimiyyəti rəsmisinin sözlərinə görə, bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək:

"Bununla əlaqədar olaraq Nərimanov rayon sakinlərini layihəyə dəstək verməyə və bu işdə fəal iştirak etməyə çağırırıq! Sakinlərə prosesləri izah edilməsi məqsədilə müvafiq qurumların nümayəndələri əhali ilə məhəllələrdə görüşlərə başlayır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, mənzillərə broşüralar paylanılır. Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
547 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti