Xəzər Xəbər

“Yol hərəkəti haqqında” QANUN DƏYİŞDİ: bundan sonra...

Cəmiyyət | 14:25 • 27 İyun 2019
“Yol hərəkəti haqqında”

Milli Məclisin bu gün keçirilən plenar iclasında yol hərəkətinin nizamlanması üçün əlavə iki nişanın da tətbiq edilməsi ilə bağlı dəyişiklik layihəsini müzakirəyə çıxarılıb.

 "Yol hərəkəti haqqında” qanunun 5 saylı Əlavəsinə "1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti ("sarı kəsişmə toru”) təklif olunur.

Layihədə bildirilib ki, yolayrıclarının "sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qayadaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.

Təklif olunan növbəti nişanlardan biri də 5.53 "Daimi sağa dönmə” nişanıdır.

Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti