Xəzər Xəbər

Ürəkkeçmə zamanı nələrdən istifadə etmək lazımdır

Cəmiyyət | 13:24 • 26 İyun 2019
Ürəkkeçmə zamanı nələrdən istifadə etmək lazımdır

Ürəkkeçmə bəzi xəstələrin üzləşdiyi problemlərdən biri olsa da, həmin vəziyyətdən çıxmaq üçün hansı tədbirlər görmək lazım olduğunu bilmirlər.

XəzərXəbər xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova bu barədə deyib: "Ürəkkeçmənin başlanğıcında ən sadə və sınanmış vasitələrdən biri su və ya şərbət içməkdir. Təzə xiyar qoxulamaq da təsirlidir. Sınanmış vasitələrdən biri də turş heyva suyudur. Heyvanın qabığını soyub içini təmizləyəndən sonra döyüb suyunu çıxarır və süzərək bir gecə saxlayır, sonra ona bal və şəkər qataraq dərman kimi istifadə edirlər. Süsən iyləmək faydalı, zəfəran isə zərərli hesab edilir. Turş narın suyunu çıxarıb yarısına qədər şəkər qataraq süzgəcdən keçirmək və istifadə etmək faydalıdır. Şirin badam yağı, gavalı yemək və bal şərbəti içmək ürəkkeçmədə çox təsirli vasitə hesab olunur".

Həkim-kardioloqun dediyinə görə, ürəkkeçmə zamanı xəstənin rəngi qaçarsa, bədəni soyuyarsa və soyuq tər basarsa, üzünə sərin su və gülab çiləmək, gülab, kafir, müşk və ənbər iylətmək, limon və narıngi yedirtmək məsləhətdir. Qızılgül suyunun damcı-damcı içirilməsi də faydalı təsir göstərir. (azertac)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti