Xəzər Xəbər

Bakının bu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Cəmiyyət | 11:31 • 22 İyun 2019
Bakının bu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən verilən məlumata görə, bu, aparılan təmir işləri ilə əlaqədardır.

Belə ki, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkət müvəqqəti məhdudlaşdırılıb. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti