Xəzər Xəbər

Hansı uşaqlar qışda daha az xəstələnirlər? İnstitut direktoru açıqladı

Cəmiyyət | 16:25 • 21 İyun 2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?

Çimərliyə çox gedən uşaqlar qış mövsümündə daha az xəstələnirlər.

Bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, uşaqların sağlamlığı üçün Günəş şüasının qəbulu çox mühümdür: "Ancaq bunun üçün müəyyən qaydalara riayət etmək lazımdır. İlk növbədə uşaqları istidən, gündən və soyuqdəymədən qorumaq lazımdır. Bundan əlavə, çimərlik mövsümündə vaxt rejiminə diqqət etmək lazımdır. Birinci növbədə istifadəsinə icazə verilən çimərliklərə getmək lazımdır. Hər kəs bilməlidir ki, istifadəsinə icazə verilməyən çimərliklər uşaqlar üçün çox təhlükəlidir. Söhbət təkcə çimərliyin ətrafındakı zir-zibildən getmir, o ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsi də yüksək olur. Bu, uşaqlar arasında xəstəliklərın yayılmasına səbəb ola bilər".

N.Quliyev deyib ki, uşaqları dənizə səhər saat 6-dan 11-ə qədər və axşam 4-dən sonra aparmaq lazımdır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti