Xəzər Xəbər

Bu il 165 mindən çox uşaq birinci sinfə gedib

Cəmiyyət | 14:43 • 14 İyun 2019
Bu il 165 mindən çox uşaq birinci sinfə gedib

2018-2019-cu tədris ilində 165 mindən çox uşaq birinci sinfə gedib. Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılıb.


Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir.


UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanılıb. Layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilməkdədir.

Xəbər lenti