Xəzər Xəbər

Bu pəhrizdən imtina piylənməyə gətirib çıxara bilər

Cəmiyyət | 21:14 • 12 İyun 2019
Bu pəhrizdən imtina piylənməyə gətirib çıxara bilər

Qloballaşma xeyli sayda üstünlükləri ilə yanaşı, eyni zamanda, yerli qidalanma ənənələrinin, o cümlədən dünyada məşhur olan, sağlamlığı möhkəmləndirən və ömrü uzadan Aralıq dənizi pəhrizinin itirilməsi ilə müşayiət olunur.


Xezerxeber.az Birləşmiş Millətlər Təşkilatının Xəbərlər Mərkəzinə istinadla bildirir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsianu da Silva bu fikirləri Romada beynəlxalq simpoziumdakı çıxışında söyləyib.


Bu gün Aralıq dənizi pəhrizi əmələ gəldiyi regionda artıq populyar deyil. Bir neçə il bundan əvvəl ABŞ və Avropanın yeddi institutu tərəfindən aparılan tədqiqatların nəticələri göstərib ki, Aralıq dənizi ölkələrinin sakinləri Qərbin vərdişlərini tez mənimsəyir, amma bu zaman öz kulinar ənənələrini unudurlar. Meyvə-tərəvəzin üstünlük təşkil etdiyi Aralıq dənizi rasionu bu gün "həddən artıq duzlu”, "həddən artıq şirin” və ya "həddən artıq baha” olub.


Joze Qratsianu da Silva xatırladıb ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Aralıq dənizi pəhrizi məhsulun yetişdirilməsi, balıqçılıq, heyvandarlıq, ərzaqların tədarükü və yeməklərin hazırlanması ilə bağlı vərdiş, bilik, ayin, rəmz və ənənələrin bütöv bir toplusudur.


FAO rəhbərinin sözlərinə görə, bu pəhriz yerli fermerlərin min illər ərzində istehsal etdikləri baha olmayan ərzaqlardan ibarətdir. Aralıq dənizi pəhrizinin itirilməsi ilə bəşəriyyət mədəni və sosial irsin bütöv bir təbəqəsini itirmiş olur.


Lakin Aralıq dənizi ölkələri sakinlərinin qida rasionu, ilk növbədə, sağlamlıq üçün balanslaşdırılmış və faydalı hesab edilir. Aralıq dənizi pəhrizi həm aclıqla, həm də piylənmə ilə mübarizədə effektli vasitədir. Bu gün planetdə hər 9 nəfərdən biri doyunca yemir. Bu, dünya əhalisinin 11 faizi deməkdir. Eyni zamanda, keyfiyyətsiz qidalanmanın digər tərəfi piylənmədir ki, dünya üzrə 670 milyondan çox insan, yəni hər 10 nəfərdən biri bundan əziyyət çəkir.


FAO-nun məlumatına görə, Avropada son 40 ildə qəbul edilən gündəlik kilokalorinin miqdarı adambaşına 2960-dan 3340-a qalxıb. Yunanıstan, İtaliya, Portuqaliya, Kipr və Malta kimi ölkələrdə gündəlik rasionun enerji dəyəri 30 faiz artıb. İspaniya və Portuqaliya əhalisinin yarısından çoxu artıq çəkidən əziyyət çəkir, Yunanıstanın da sakinlərinin əksəriyyəti bu problemlə qarşılaşıblar.


Faydalı pəhrizlərin çoxu Aralıq dənizi pəhrizi kimi yerli qida məhsullarına əsaslanır. Lakin qloballaşma əsrində bu ənənə keçmişdə qalır. Axı qida məhsullarını şəxsi torpaq sahəsində yetişdirməkdənsə, xaricdən idxal etmək çox vaxt daha ucuz başa gəlir. FAO rəhbəri bildirib ki, bu, "piylənmənin qloballaşmasına” çevrilir və emal edilmiş məhsullardan həddən artıq istifadə ilə birbaşa bağlıdır.


Mütəxəssislər Aralıq dənizi ölkələrinin ənənəvi pəhrizdən imtinasına təsir edən amillər arasında, həmçinin əhalinin gəlirlərini, ərzaqların çeşidlərinin artımını, supermarketlər şəbəkəsinin genişlənməsini və yemək hazırlamaq üçün vaxt çatışmazlığını göstərirlər.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti