Xəzər Xəbər

Dosent və ya professor elmi adı almış şəxslərə vahid formalı dövlət sənədi veriləcək

Cəmiyyət | 17:01 • 12 İyun 2019
Dosent və ya professor elmi adı almış şəxslərə vahid formalı dövlət sənədi veriləcək

Dosent və ya professor elmi adı verilmiş şəxslərə vahid formalı dövlət sənədi veriləcək.


APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bildirilib.


Sənəddə qeyd edilib ki, elmi adları mülkiyyət formasından asılı olmayaraq, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan sonra – elmi şura) vəsatətləri əsasında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir.

Fərmanın 1.8-ci bəndində isə qeyd edilib ki, Komissiya dosent və ya professor elmi adı verilmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi vahid formalı dövlət sənədi – həmin elmi adı təsdiq edən attestat verir.

Xəbər lenti

Çox oxunanlar