Xəzər Xəbər

IDEA Görədil çimərliyində təmizlik aksiyası təşkil etdi

Cəmiyyət | 11:51 • 5 İyun 2019
IDEA Görədil çimərliyində təmizlik aksiyası təşkil etdi

İyunun 4-də IDEA İctimai Birliyinin təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə daha bir sahilyanı təmizlik aksiyası keçirilib.

IDEA İctimai Birliyindən XəzərXəbər-ə bildiriblər ki, çimərlik mövsümünün açılışı ilə əlaqədar keçirilən aksiyaya 100-dən çox gənc könüllü qoşulub.

Görədil çimərliyində təşkil edilən aksiya üçün xüsusi olaraq ictimai çimərlik seçilib. İnsanların rahat, təmiz və təhlükəsiz məkanda ödənişsiz istirahət edə bilmələri üçün ərazidə söhbətgahlar, kölgəliklər və paltardəyişmə yerləri inşa edilib, sanitar qovşaq quraşdırılıb, voleybol meydançası salınıb, zibil qutuları yerləşdirilib.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında 4,4 hektar ərazisi olan çimərlikdən 2 tona yaxın tullantı toplayıblar. Tullantıların toplanması prosesini daha səmərəli təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub.

"Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində çoxsaylı gənclərin iştirakı ilə baş tutan sayca 12-ci aksiyadır. Bu il çimərlik mövsümü ərəfəsində keçirilən ilk aksiya iki gün əvvəl Novxanı çimərliyində baş tutub. Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş daha bir kütləvi təmizlik aksiyasının keçirilməsi iyunun 8-ə planlaşdırılıb.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasının təbliği, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısının alınması və bütün gənclərin dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb edilməsidir.

İstirahət mövsümünün gəlişi ilə əlaqədar IDEA İctimai Birliyi bir daha hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən qayğıkeşliklə istifadəyə, indiki və gələcək nəsillərin rifahı naminə ətraf mühiti qorumağa çağırır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti