Xəzər Xəbər

Alimlər uşaqların sağlamlığı üçün vacib faktı açıqladı

Cəmiyyət | 10:49 • 4 İyun 2019
Alimlər uşaqların sağlamlığı üçün vacib faktı açıqladı

Əgər uşaq yerə düşən konfeti götürüb ağzına qoyursa, əllərini yumamış yemək yeyirsə və ya şüşədən su içirsə, sakitləşin, təşvişə düşməyə dəyməz. Alimlər uşaqların sağlamlığı üçün palçıq oyunlarının əhəmiyyətindən danışıb. Bu araşdırma "New England Journal of Medicine” jurnalında dərc edilib.

Çikaqo Universitetinin mikrobioloqu və 2 uşaq atası Cek Gilbert iddia edir ki, kir və mikroblarla əlaqə uşaqların immunitetini gücləndirir. Gilbert və onun həmkarları mikrobların uşaqlara təsiri haqqında çox maraqlı bir həqiqəti üzə çıxarb.

Gilbert deyib ki, mikroblarla əlaqə çox faydalıdır:

"Məsələn, əmzik yerə düşübsə və siz onu yerdən götürüb yenidən uşağa verirsinizsə, bu, onun immun sistemini stimullaşdırır. Onun güclü immuniteti olacaq. "Qrip və ya soyuqdəymə epidemiyasında əlləri yuyunmaq məcburiyyətlidir, ancaq oyun zamanı itin uşağın üzünü yalamasında heç bir problm yoxdur. Bu, hətta faydalı ola bilər".

Palçığın faydaları nədir?

Gilbertin fikrincə, bədəndəki infeksiyalara qarşı mübarizə aparan neytrofil hüceyrələri heç bir kirlə təmasda olmadığı zaman "tənbəl və iltihablı" olur. Ən azı mikroblar olmadığı zaman hüceyrələr bacarıqlarını itirir. Və sonradan orqanizmə infeksiya düşəndə bu, "partlayıcı iltihabi proseslərlə" dönür.

"Məhz bu, astma, ekzema və tez-tez qida allergiyasına səbəb olur" , - deyə Gilbert əlavə edib.

Gilbertin anaları narahat edən suallarına cavabları belədir:

Uşaqların əllərini antiseptiklə yumaq lazımdır?

Çox hallarda sabunlu isti su kifayətdir.

Yerdə 5 saniyədən çox qalmış yeməyi uşağa vermək olar?

Mikrobların qidaya hopması bir saniyədən də az çəkir. Odur ki, burada döşəmənin təmiz olub-olması sualı ortaya çıxır. Bir çox evlərdə döşəmə narahat olmamaq üçün kifayət qədər təmizdir.

Yerə düşmüş əmziyi yumaq və ya sormaq lazımdır?

Uşaq ləvazimatlarını qaytmaqdan yorulan analara şad xəbər var. 300,000-dən çox uşağın üzərində aparılan tədqiqatın nəticələrinə əsasən çirkli əmzikləri yalayan anaların uşaqlarında astma, allergiya və ekzema xəstəliyi nadir hallarda rast gəlinir. Gilbert sonda qeyd edib ki, bu uşaqlar daha sağlam və daha gümrah olub./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti