Xəzər Xəbər

Bu yay Azərbaycanda 45 dərəcə isti gözlənilir Quraqlıq proqnozu

Cəmiyyət | 17:42 • 3 İyun 2019
Bu yay Azərbaycanda 45 dərəcə isti gözlənilir

Bu il Azərbaycanda yay quraqlıq keçəcək, havanın temperaturu isə 45 dərəcəni keçə bilər.

Bu barədə Oxu.Az-a ekoloq, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov məlumat verib.

Bildirib ki,havanın quraqlıq keçməsi qorxuludur:

"Ola bilər ki, 35 dərəcəyə kimi isti olsun, amma yağış yağmasın. Bu, qorxuludur. Bunun üçün yaşıllıq zolaqları yaradılmalıdır”.

Telman Zeynalov qeyd edib ki, Azərbaycanda yayda havanın temperaturu 45 dərəcəni keçə bilər:

"Bu proqnoz avqust və sentyabr ayı ərzində olacaq”.

Ekoloq 2030-cu il Azərbaycanda su qıtlığının olması barədə yayılan xəbərlərə də aydınlıq gətirib.

Qeyd edib ki, bu informasiya yanlışdır:

"Bəzi "alimlərimiz” BMT-nin verdiyi məlumata görə bu cür açıqlama verirlər. Bu, düzgün deyil.BMT-nin məramı sülhü qorumaqdır, iqlimə proqnoz vermək onların işi deyil. Azərbaycan ərazisində irili-xırdalı 8347axar sudan ibarət çay sistemi var. Onları səmərəli istifadə etmək lazımdır. Bir sözü deyən zaman əsas olmalıdır”.

Xəbər lenti