Xəzər Xəbər

Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək

Cəmiyyət | 11:54 • 2 İyun 2019
Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək

Vahid məktəbli geyim formalarının təsvirləri 6 ay ərzində təsdiqlənəcək.


ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" fərmanda əksini tapıb.


Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərini müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


Qeyd edək ki, "Ümumi təhsil haqqında” qanuna əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim formaları tətbiq edilməlidir. Təhsil nazirinin müavini İdris İsayev 4-5 vahid məktəbli geyiminin formalarının təsdiqlənəcəyini və təhsil müəssisələrinin yalnız bu geyimlərdən istifadə edə biləcəklərini bildirib. Qərar qəbul edildikdən sonra heç bir məktəb bu qaydadan kənara çıxmamalıdır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti