Xəzər Xəbər

AMEA-nın magistraturasında ödənişli təhsilin məbləği açıqlanıb

Cəmiyyət | 16:58 • 31 May 2019
AMEA-nın magistraturasında ödənişli təhsilin məbləği açıqlanıb

"Bu il AMEA-nın magistraturasına qəbul üçün 138 plan yeri elan edilib. Onun 35-i ödənişlidir".


Bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib.


O bildirib ki, əvvəlki illərdən fərqli olaraq, bu il AMEA-nın magistraturasına qəbul planında ödənişli yerlər də nəzərdə tutulub: "Bu il təklif etdik ki, plan yerlərinin üçdə biri ödənişli olsun. Mən həmişə bunun əleyhinə idim. Amma görürük ki, akademiyanın magistraturasına maraq artıb, sənəd verənlər yüksək bal toplayanlardır. Onlar arasında yüksək rəqabət vəziyyəti yaranır və qəbuldan kənarda qalanlar olur. Ona görə də bu il ödənişli yerlər üzrə də qəbul aparılır".


A.Əlizadə deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında illik təhsil haqqının 1600 manat olması müəyyən edilib: "Bu il AMEA-nın magistraturasında riyazi kibernetika, riyazi fizika, nanohissəciklər fizikası, ətraf mühitin idarəolunması və s. üzrə yeni istiqamətlər müəyyən edilib. Bu il həmin istiqamətlər üzrə də ixtisaslara qəbulun aparılması nəzərdə tutulub”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti