Xəzər Xəbər

Tut vaxtsız qocalmanın qarşısını alır

Cəmiyyət | 15:49 • 27 May 2019
Tut vaxtsız qocalmanın qarşısını alır

Tut rəngindən asılı olmayaraq zəngin vitamin-mineral tərkibə (faydalı fruktoza, qlükoza, efir yağları, üzvi turşular və s.) malikdir. Dadından doymadığımız tutun sağlamlığa nə kimi xeyri var?


Tutun enerji dəyəri hər 100 qramda 43 kKal-dır. Ağ tutda müasir tibdə yüksək qiymətə malik antioksidant olan resveratol var. Antioksidantlar gözün selikli qişasının zədələnməsi və görmə zəifliyi, immun sisteminin zəifləməsi, vaxtsız qocalmanın qarşısının alınmasında əhəmiyyətlidir.


Tutun mineral tərkibi də çox zəngindir. Meyvələrdə F, K, Mq, Na, Mn, Cu, S, Ca və digər elementlər mövcuddur. Eyni zamanda, tutun tərkibində dəmir də var ki, bu da onu digər meyvələrdən fərqləndirir. B qrupuna aid vitaminlərlə də zəngindir.


Rəsmi təbabətdə tutdan qan azlığı, maddələr mübadiləsinin bərpası, gipexrom anemiya (qırmızı qan hüceyrələrində hemoqlobin azlığı), öd yollarının xəstəliyi, sulu karbonların mübadiləsi və piylənmənin nizamlanması, tər gətirmə vasitəsi kimi istifadə olunur. Həmçinin kalium duzlarının mövcudluğu, ürək fəaliyyətinin pozulması zamanı da faydalıdır. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
418 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti