Xəzər Xəbər

AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub - QƏRAR

Cəmiyyət | 12:53 • 25 May 2019
AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub -

Bu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.


Xezerxeber.az-ın Akademiyaya istinadən verdiyi xəbərə görə, AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.


Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün AMEA magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək.

Xəbər lenti