Xəzər Xəbər

Telefonlar uşaqlarda göz xəstəlikləri yaradır Xəbərdarlıq

Cəmiyyət | 15:24 • 24 May 2019
Telefonlar uşaqlarda göz xəstəlikləri yaradır

Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraksiya patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s.) aşkarlanır.


XəzərXəbər xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva mərkəzin 10 illik fəaliyyətinə həsr olunmuş konfransda deyib.


Onun sözlərinə görə, refraksiya patologiyasına uşaqlar arasında daha çox rast gəlinir. Abdiyeva bildirib ki, planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. "Çünki planşetlərdən, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Ona görə də, göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin olmasına xüsusi diqqət yetirilməlidir. 30 sm-dən kitab oxuyan zaman kitabın necə tutulması öyrədilməlidir, televizoru izləmə məsafəsi optimal şəkildə seçilməlidir. İşığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə, analar gələcəyimiz olan körpələrimizin qidalanmasını, həm də gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar”, - mütəxəssis deyib.


Y.Abdiyeva əlavə edib ki, dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq. Ona görə də, Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə "2020” proqramı çərçivəsində "Görmə 2020" proqramına qoşularaq, Azərbaycanda oftalmologi yardımın optimallaşdırılması üçün göz xəstəliklərinin qarşısını almaq məqsədi ilə mərkəz tərəfindən həm profilaktik tədbirlər, həm də müalicə həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti