Xəzər Xəbər

Başqasının dəsmalından istifadə etməyin

Cəmiyyət | 17:13 • 22 May 2019
Başqasının dəsmalından istifadə etməyin

Havaların isinməsi və yayın gəlməsi ilə çox həssas xəstəliklər də artıb. Bu sırada allergiya, səpgi, göz iltihabı və şişməsi yer alır.

Bütün xəstəliklərin qarşısını almaq üçün diqqət edilməsi mütləq olan amil başqasının dəsmalından istifadə etməməkdir.

Gözlərdə sulanma, batma, yanma, uzun müddət davam edən qaşıntı, səhər yuxudan oyananda kirpiklərin birləşməsi, qabıqlanma yazın ən aktual xəstəliyidir.İltihablanma isə gözün görmə qabiliyyətini sürətli dərəcədə azaldır.

Mütəxəssislər məsləhət görür ki, hovuza və ya dənizə gedəndə çalışın gözünüzə çox su girməsin. Əgər gözünüz hovuzda və ya dənizdə bulaşarsa, təmiz su ilə dərhal yuyun. Ən əsası isə onutəmiz dəsmalla silin. Başqasının dəsmalından heç bir şərt altında istifadə etməyin. Hər gözdə bir mikrob var. Bu, sizə ciddi problemlər yarada bilər.

Başqasının dəsmalını bədənə vurmaq da allergiya yarada bilər. Bu, bədəndə qaşınmaya səbəb olmaqla yanaşı, ayaqda göbələk də yaranmasına gətirib çıxaracaq.

Başqasının dəsmalından istifadə etmək eyni zamanda bədəninizdə tər qoxusu yaradacaq. Belə ki, hər bədənin öz mikrobu var. Bu mikrob sizdə tər qoxusunu kəskinləşdirə bilər.

axşam.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti