Xəzər Xəbər

Tikinti sahələrinin seysmikliyi müzakirə edilib

Cəmiyyət | 12:56 • 22 May 2019
Tikinti sahələrinin seysmikliyi müzakirə edilib

"Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakıda səfərdədirlər. Səfərin məqsədi "Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələrin aparılması, eləcə də mərkəz əməkdaşlarına beynəlxalq standartlara uyğun emal proqramları ilə bağlı təlimin keçirilməsidir.


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən xezerxeber.az-a bildirilib ki, xarici qonaqlar Respublika Seysmoloji Xidmət Mərkəzində mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə RSXM-nin "Seysmologiya" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Zəhra Əiyeva, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.


Müzakirələr zamanı tərəflər arasında əməkdaşlığın hazırki vəziyyəti, "Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində Azərbaycanda görülən işlər, eləcə də tikinti sahələrində seysmikliklə bağlı yeni tikinti normativlərinin tətbiqinə dair məsələlərə toxunulub. Xarici mütəxəssislər Azərbaycanda, xüsusi ilə də Bakı şəhəri və Azərbaycanın digər böyük şəhərlərində tikinti aparılan sahələrdə seysmikliyin öyrənilməsi ilə bağlı yeni tikinti normativlərinin tətbiq olunmasına dair təkliflə çıxış edərək, artıq əksər ölkələrin bu normativləri tətbiq etdiklərini bildiriblər. Həmçinin, ikitərəfli əməkdaşlığa uyğun olaraq, RSXM əməkdaşlarının ABŞ-da təlimə göndərilməsi barədə də razılıq əldə edilib. Qeyd edək ki, xarici qonaqlar tikinti sahələrində seysmiklikliyin öyrənilməsi məqsədilə yeni tikinti normativlərinin tətbiqi ilə bağlı Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti